Divan – evin qəlbidir deyirlər. Qonaqlar orda əyləşir, ailə ilə axşamlar orda keçir, bəzən yuxusuz gecələr orda yatırıq. Ona görə də divan alarkən diqqətli olmaq lazımdır. Gəlin baxaq, nələrə fikir verməliyik?
- Oturacaq hissəsinin yumşaqlığı – nə çox bərk, nə də çox yumşaq olmalıdır. Oturanda belin ağrımamalıdır. Orta sərtlik ən idealdır.
- Süngər və iç dolğu – keyfiyyətsiz süngər 2-3 aya çökür. Yaxşı bir süngər illərlə formasını saxlayır.
- İskelet materialı – taxta iskelet divanı möhkəm edir. Metallı modellər də var, amma onların çəkisi az olur deyə bəzən yerindən oynaya bilər.
- Parça və ya dəri? – parça daha yumşaqdır, amma ləkə tutur. Dəri isə daha asan silinir, amma yayda bəzən narahat ola bilər.
- Alt hissəsi saxlama yeri olan modellər – həm otur, həm də yorğan-döşək yığ! Praktik modellərə üstünlük vermək evdə səliqəni qorumağa kömək edir.
Divan seçimi bir az vaxt aparır, amma doğru divanı tapanda onun rahatlığına doymaq olmur.